Atif Eyvazov/AZADİNFORM. Təhsil Nazirliyi sistemindəki ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu davam edir. Təhsil Nazirliyindən “Azadinform”a verilən məlumata görə, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, üç mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yolu ilə həyata keçiriləcək və sentyabrın 10-dək başa çatacaq.

Mübariz Aslanov/AZADİNFORM. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Cənubi Azərbaycandakı soydaşlarımıza və İran İslam Respublikasında yaşayan digər xalqlara müraciət ünvanlayıb. Bu barədə məlumatı “Azadinform”a partiyadan veriblər.


Atif Eyvazov/AZADİNFORM. Dünyada həmkarlar ittifaqlarının çox böyük problemlərindən biri yaşlaşmadır və bizdə də bu problem hiss olunur.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Pan Avropa Regional Şurasının təşkilatçılığı ilə “Həmkarlar ittifaqlarının kompaniyaları və onlara səmərəli informasiya dəstəyi” mövzusunda regional konfrans işə başlayıb. “Azadinform” xəbər verir ki, konfransda  Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Moldova və  Belçikanın həmkarlar ittifaqlarının gəncləri iştirak edir. 

AZADİNFORM. Monakoda UEFA-nın ESM (Avropa İdman Mediası) ilə birlikdə 2010/11 mövsümündə Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun ikinci mərhələsində ölkəmizi Rasim Mövsümov təmsil edəcək.

Adəm Abbaslı/AZADİNFORM. Qan xərçənginin müalicəsi istiqamətində ABŞ alimlərinin apardığı tədqiqat və araşdırmalar müsbət bəhrəsini verib. “Azadinform” Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-lı həkimlər xəstələrin qan hüceyrələrində xərçəng hüceyrələrini tapan və onu məhv edən yeni metodlar əldə ediblər. Onlar hələ ki, bu metodları 3 xəstə üzərində tətbiq ediblər, ancaq nəticələr çox heyrətləndirci olub.

Atif Eyvazov/AZADİNFORM. Dunya Azərbaycanlılarının III qurultayının iştirakçıları - Finlandiya-Azərbaycan "Dostluq" Cəmiyyətinin sədri Təranə Nəzərova, Kokkola səhərinin fəxri vətəndaşı Cahangir Ələkbərov, musiqişünas Kamal Aşurbəyov, gənclər cəmiyyətinin sədri Esmira Rzayeva Finlandiyada yaşayan azərbaycanlılarla göruş keçirib.

Samir İman: “Burda yaşayan hər bir azərbaycanlı öz ölkəsini eyni həvəs və sevgi ilə təmsil edir”

Adəm Abbaslı/AZADİNFORM. Sinoptiklər meteohəssas insanları ehtiyatlı olmağa çağırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Azadinform”a verilən məlumatda növbəti 3 gün ərzində hava şəraitinin meteohəssas insanlar üçün əlverişsiz olacağı bildirilir.

AZADİNFORM. Ölkənin sənaye sahələrində yeddi ay ərzində 18,0 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

AZADİNFORM. “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ) 110 kV-lik “Qala” yarımstansiyasında 1 saylı transformatorun dəyişdirilməsi ilə əlaqədar olaraq mühafizə dövrələrində hazırlıq işləri aparılıb. Bu barədə məlumatı “Azadinform”a “Azərenerji” ASC-nin mətbuat xidmətindən veriblər.

Sosial şəbəkədən istifadə etməklə də uğurlu karyera qurmaq mümkündür

Atif Eyvazov/AZADİNFORM. Sentyabrın 28-30-u tarixlərində Bakıda “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans AMEA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq. Bu barədə məlumatı “Azadinform”a AMEA-dan veriblər.

AZADİNFORM. Sloveniyanın daxili işlər naziri Katarina Kresal haqqında yayılan rüşvətxorluq ittihamlarından sonra istefa ərizəsi verib. “Azadinform” UPİ-yə istinadən xəbər verir ki, daxili işlər naziri və Liberal Demokrat Partiyasının lideri Kresal sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada: “Rüşvətxorluqla Mübarizə Komissiyasının mənim və mənimlə çalışan insanların işinə şübhə ilə yanaşması ilə bağlı daxili işlər naziri postundan istefa edirəm. Bu quruma rəhbərlik etdiyim ilk gündən rüşvətxorluqla mübarizənin ən fəallarından olmuşam. Bu ittihamı qəbul edə bilmərəm” – deyə bildirib.

AZADİNFORM. İran hökuməti İngiltərədə baş verən üsyan və silahlı qarşıdurmalarla əlaqədar vətəndaşlarına ciddi bir ehtiyac yaranmadığı müddətcə İngiltərəyə getməmək göstərişi verib. “Azadinform” CNN-ə istinadən xəbər verir ki, hökumətin yaydığı bəyanatda İngiltərənin İran vətəndaşları üçün təhlükəli yer olduğu bildirilib.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar irəli sürdüyü konsepsiya beynəlxalq hüquqa söykənir. Prezident İlham Əliyevin Soçi şəhərində Rusiya prezidenti Dmitri Medvedev ilə görüşü də əsasən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində aparılan danışıqların növbəti mərhələsini təşkil edir”.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycanda fəaliyyət göstərən bir sıra transmilli kompaniyalarda həmkarlar təşkilatları yaratmaq problemə çevrilib.

AZADİNFORM. Fransanın bank səhmlərinin dəyərinin salınacağı xəbəri dünən Avropa birjalarında nisbətən mülayimləşən havanı korlayıb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, xəbər hökumətə məxsus hissə sənədlərinin ciddi dəyər itirməsinə səbəb olub. Ən böyük itki bankların hissə sənədlərində yaşanıb. Ölkənin nəhəng banklarından “Societe General”-ın səhmləri 20%-ə qədər dəyər itirib. Xəbəri alan prezident Sarkozi istirahətini yarıda kəsərək paytaxta qayıdıb. Prezidentin iqtisadi sabitliyə tək yol olan büdcə kəsintilərini müzakirəyə çıxaracağı gözlənilir.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) Somalidə aclıq çəkənlərə Müqəddəs Ramazan ayı ərzində ərzaq yardımının təşkili üzrə beynəlxalq xeyriyyə kampaniyasına başlayıb.

Mübariz Aslanov/AZADİNFORM. “Parlamentdə təmsil olunmayan bəzi müxalif qrupları əhatə edən İctimai Palata müxalifətin müəyyən kəsimini özündə birləşdirən strukturdur və bu qurum ölkə müxalifətini tam əhatə etmir.

 
Страница 5753 из 6096 << < 5749 5750 5751 5752 5753 5754 5755 5756 5757 > >>
 Лента новостей
22.10.2018
 Архив
«Окт.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo