Həbibə/AZADİNFORM. “Azərbaycan İES” enerji istehsalı artıb. “Azadinform”un məlumatına görə, bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətindən yayılan açıqlamada bildirilir. Belə ki, stansiyada proqnozlaşdırılmış beş aylıq plandan on milyon kilovat-saat artıq enerji istehsal edilib.

AZADİNFORM. İtaliya dünyada ən iri şərab istehsalçısı titulunu Fransadan alaraq yenidən özünə qaytarıb. Fransa 2007-ci ildə bu titulu daşıyırdı. «The Daily Telegraph» qəzeti yazır ki, Avropa Komissiyasının və İtaliyanın kənd təsərrüfatı təşkilatının gəldiyi qənaət bunu deməyə əsas verir.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) 14 iyun tarixindən 16 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 171 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə), ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) və müsahibə (yerli icra hakimiyyəti orqanları üzrə) elan edir. Bu barədə məlumatı “Azadinform”a DQMK-dən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı “Azadinform”a ETSN-nin mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. BVF prezidentinin boş qalan yerinə namizədlərin sayı çoxalır. “Azadinform” xəbər verir ki, bir neçə müddət öncə zorlamada suçlanaraq saxlanana Dominik Stross Kanın istefasından sonra bu posta ilk olaraq Fransanın maliyyə naziri Kristin Lagardenin namizəd olacağı haqda açıqlama yayılıb.

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada ittiham olunan Xaçmaz rayon sakini, 43 yaşlı Osman Muxtarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Natiq Bağırov/AZADİNFORM. Şəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Qoxmuq kəndi ərazisində qeydə alınıb.


Həbibə/AZADİNFORM. Dünyadakı iqtisadi inkişaf meyillərində azalmalar baş verəcək. “Azadinform”un məlumatına görə, bu barədə Dünya Bankının (DB) son açıqlamasında yer alıb.

AZADİNFORM. Yaponiyanın avtomobil istehsalçısı “Toyota” bu il gəlirlərinin keçən illə nisbətdə aşağı düşdüyünü açıqlayıb.

Seymur Əliyev/AZADİNFORM. Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə V.Balavadze və G.Kartozia adına Qızıl Qran-Pri turniri keçirilib.

Həbibə/AZADİNFORM. Beynəlxalq Bankın özəlləşdirilməsi üçün maliyyə məsləhətçisi seçilib. “Azadinform”un məlumatına görə, bu barədə Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin açıqlamasında bildirilir.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda rayon İcra Hakimiyyətləri də elektron müraciətlər qəbul etməyə başlayıb. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.

AZADİNFORM Cari ilin may ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 354,2 min nəfər olub və onların 856.6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 497,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

 
Natiq Bağırov/AZADİNFORM. Bakının Sabunçu rayonunda mağaza qarət edilib. Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsindən “Azadinform”a verilən məlumata görə, Zabrat qəsəbə sakini Mərdan Novruzova məxsus həmin qəsəbə Neftçilər küçəsində yerləşən mağazadan oğurluq edilib.

AZADİNFORM. May ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 5,1 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən “Azadinform”a verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 6,3 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,5 faiz bahalaşıb.

 

Xədicə/AZADİNFORM. Bir gün sonra doğum gününü qeyd edəcək müğənni Röya bu günlərdə Türkiyədən qayıdıb. Müğənni oradakı studiyalardan birində işıq üzü görəcək albomunun hazırlığı ilə tanış olmaq üçün qonşu ölkədə olub. “Azadinform”un məlumatına görə, disk keyfiyyəti ilə fərqlənəcək və onun «Sənə görə» adlandırılması nəzərdə tutulub.

Aytən İmanova/AZADİNFORM. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Yasamal rayonunda “Əlilliyə səbəb olan faktorların öyrənilməsi, əlillik vəziyyəti ilə əhalinin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi hallarının kompleks şəkildə öyrənilməsi və əlilliyin qarşısının alınmasında reabilitasiya tədbirlərinin rolunun artırılması” mövzusunda zona müşavirəsi keçirib. Bu barədə “Azadinform”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Səbail rayonu ərazisində intihara cəhd edilib. Bu barədə “Azadinform”a Səbail rayon Prokurorluğundan məlumat verilib.

Seymur Əliyev/AZADİNFORM. “İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında Azərbaycan Futbolunun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Natiq Bağırov/AZADİNFORM. Tovuz rayonunda 3 yaşlı uşağın ölümü ilə nəticələnən yol qəzası baş verib. “Azadinform” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 
Страница 5752 из 5935 << < 5748 5749 5750 5751 5752 5753 5754 5755 5756 > >>
 Лента новостей
20.04.2018
19.04.2018
 Архив
«Апр.2018
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
 
© 2018 All right reserved www.azadinform.az Powered by Danneo