Xədicə/AZADİNFORM. Ötən həftə 7 aylıq fasilədən sonra Bakıya gələn müğənni İradə İbrahimova ötən gün İstanbula qayıdıb. Müğənni əslində, ayın sonuna kimi Bakıda olacağını bildirmişdi. Ötən həftə müxtəlif telekanallarda qonaq olan sənətçi işlərinin yoğunluğunu nəzərə alıb 5 aylıq qızı İpəyə Bakıda olacağı müddət üçün dayə də tutmuşdu. Sənətçi tez qayıdışının səbəbini “Azadinform”a danışıb: “Aprelin 19-u Ceyhunla toyumuzun 2 ili tamam olur.

Həbibə Abdulla/AZADİNFORM. Beynəlxalq münasibətlərin inkişafı və mikromaliyyələşdirmə strategiyası çərçivəsində “TuranBank” özünün partnyorlar şəbəkəsini genişləndirir.

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22 aprel “Yer günü” ilə əlaqədar müxtəlif tədbirlər keçiriləcək. Nazirliyin mətbuat xidmətindən “Azadinform”a verilən məlumatda bildirilir ki, “Yer günü” ilə əlaqədar ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.

Həbibə Abdulla/AZADİNFORM. Çin bu il artıq dördüncü dəfədir ki, artıq likvidlik və yüksək inflyasiya ilə mübarizəni genişləndirərək, bankların ehtiyat normalarını yüksəldib. “Azadinform” BVF-nin saytına istinadən xəbər verir ki, normaların 50 bazis bənd artması bu ölkədə aprelin 21-dən qüvvəyə minəcək. Beləliklə, ölkənin iri bankları üçün kapitalın mütləq ehtiyat norması rekord 20,5 faizə çatacaq. Nəticədə bank başqa vaxt kreditə verə biləcəyi 350 mlrd. yuanı (53,6 mlrd.dollar) “dondurmalı” olacaq.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda mənzillərdən oğurluq edən şəxslər saxlanılıb. Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsindən “Azadinform”a verilən məlumata görə, rayonun T.Hacıbəyov küçəsində yaşayan Vladimir Koralyovun evindən qapının şüşəsini sındırmaq yolu ilə 6 ədəd spirtli içki, 60 qutu siqaret, həmin küçədə yaşayan Esmira Osmanovanın mənzilindən pəncərədən keçmə yolu ilə 10 min manat və qızıl-zinət əşyaları oğurlanıb.

Atif Eyvazov/AZADİNFORM. Ötən ay ərzində Təhsil Nazirliyinin “qaynar xətt”inə 1707 müraciət daxil olub. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsil şöbəsinin baş məsləhətçisi, “qaynar xətt”in koordinatoru Ənvər İmanov söyləyib.
Onun sözlərinə görə, müraciətlərin 1575-i telefon, qalanları isə elektron vasitə ilə daxil olub. 1518 müraciət sorğu və məlumat, 189 müraciət isə şikayət xarakterli olub.

Hacı Zeynalov/AZADİNFORM. Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Lənkəran rayon Polis Şöbəsindən “Azadinform”a verilən məlumata görə, qəza Ələt-Astara magistralının 213-cü km-də qeydə alınıb.

Elvin Xəzər/AZADİNFORM. “”Freedom House” təşkilatının hesabatı reallığı əks etdirmir. Bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir”.

AZADINFORM. Nigeriyanın hazırkı prezidenti Qudlak Conatan prezident seçkilərinin qalibi elan olunub. Bülletenlərin hesablanıb başa çatdırılmasından sonra məlum olub ki, ona seçicilərin 57 faizi səs verib.

Həbibə Abdulla/AZADİNFORM. Aprelin 16-da Vergilər Nazirliyində vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinin açılış mərasimi keçirilib. “Azadinform” nazirliyin rəsmi saytına istinadən bildirir ki, turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilib.

AZADINFORM. Kuba Kommunist Partiyasının altıncı qurultayı ölkə əhalisinə daşınmaz əmlakın alqı-satqısına icazə verib. Kuba lideri Raul Kastro xəbərdar edib ki, hakimiyyət orqanları mülkiyyətin bir şəxsin əlində cəmləşməsinə imkan verməyəcək. Qeyd edək ki, qadağa 1959-cu il inqilabından sonra qoyulub.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda reklam mədəniyyətini formalaşdırmaq məqsədi ilə reklam polisi yaradıla bilər. Bu barədə “Azadinform”a müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib.

Həbibə Abdulla/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunda sahibkarlardan layihələrin qəbuluna başlayıb.

AZADINFORM. ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel ötən il 1,73 milyon dollara yaxın qazanc əldə ediblər. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə məlumat Birləşmiş Ştatların birinci ailəsinin vergi bəyannaməsində verilir. Bəyannaməni Ağ Evin mətbuat xidməti ictimaiyyət üçün açıqlayıb.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər ötən gün saat 18.51-dən 19.05-dək Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.00-dan 20.15-dək Tərtər rayonu Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.30-dək və 21.30-dan 21.40-dək Füzuli rayonu Aşağı Veysəlli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.30-dan 23.45-dək Ağdam rayonu Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

AZADINFORM. «Mən optimistəm və əminəm ki, hər şey yaxşı olacaq, normal bir ölkə olacaq». “Azadinform”un məlumatına görə, bu sözləri eks-prezident Levon Ter-Petrosyan Ermənistanın 20 ildən sonra necə bir ölkə olacağı ilə bağlı «BBC»-nin rus xidmətinin sualını cavablandırarkən deyib.

Mübariz Aslanov/AZADİNFORM. Bu il Milli Məclisin Mədəniyyət komitəsi parlamentin müzakirəsinə bir sıra qanun layihələri təqdim edəcək. Bu barədə “Azadinform”a müsahibəsində komitə üzvü, millət vəkili Jalə Əliyeva bildirib. Onun sözlərinə görə, bu qanun layihələrinin bəziləri parlamentin ötən çağırışdan qalan layihələrdir.

AZADINFORM. Yerevan meriyası Erməni Milli Konqresinin mayın 4-də Azadlıq meydanında aksiya keçirmək barədə müraciətini rədd edib. «Azadinform»un «Armenia Today»ə istinadən yaydığı məlumatda bildirilir ki, şəhər rəhbərliyi bunu son günlər meydanda digər tədbirlərin keçirilməsi ilə əlaqələndirib.

AZADINFORM. Nigeriyanın indiki prezidenti Qudlak Conatanın prezident seçkilərində qələbəsi barədə mətbuatda dərc olunan məlumat ölkənin şimalında növbəti iğtişaşlara səbəb olub. Müxalifətdən olan namizəd Məhəmməd Buharinin tərəfdarları Conatanı seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham ediblər.

Atif Eyvazov/AZADİNFORM. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dövlət və Lomonosov mükafatları laureatı Sergey Karpovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 
Страница 5742 из 5765 << < 5738 5739 5740 5741 5742 5743 5744 5745 5746 > >>
 Лента новостей
22.09.2017
21.09.2017
 Архив
«Сен.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo