Elvin Xəzər/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları gənclər birliklərinin sədrləri üçün treninqlər başlayıb. Partiyadan AZADİNFORM-a bildiriblər ki, treninqlər partiyanın Xətai rayon təşkilatının qərargahında keçirilir.

Elvin Xəzər/AZADİNFORM. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı səfir Roland Kobia Xarici İşlər Nazirliyinə dəvət olunub və Avropa İttifaqının ATƏT-in Daimi Şurasının 7 aprel 2011-ci il tarixli iclasında səsləndirilmiş “Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə” dair bəyanatı ilə əlaqədar Azərbaycan Hökumətinin narazılığı və təəssüfü qarşı tərəfə çatdırılıb.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının qərargahında partiyanın rayon və şəhər təşkilatlarının gənclər birlikləri sədrlərinin toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, toplantıda çıxış edən YAP sədrinin müavini Əli Əhmədov Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti həyata keçirdiyini bildirib.

AZADINFORM/ ABŞ-ın Hərbi-Dəniz Qüvvələri ilk dəfə Amerikanın Kaliforniya ştatının sahillərində lazer topunu sınaqdan keçirib. Bunu “AZADINFORM” Amerikanın "Los-Anceles Tayms" qəzetinə istinadən xəbər verib.

Mübariz Aslanov/AZADİNFORM. “Orta məktəblərin birində şagirdlər arasında insident nəticəsində baş verən ölüm hadisəsində siyasi məqam axtarmağın özü siyasi savadsızlıqdır”. Bu barədə AZADİNFORM-a müsahibəsində millət vəkili Fəzail İbrahimli seçildiyi Cəlilabad rayonunda orta məktəbdə baş verən insidentlə bağlı açıqlama verərəkən belə deyib.

AZADİNFORM/ Ermənistan parlamenti Rusiya hərbi bazasının ölkə ərazisində qalma müddətinin 2046-cı ilə qədər uzadılması haqqında protokolu ratifikasiya edib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın II iclası keçirilib.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün “Bakı” klubunun məşqini izləyib.

Atif Eyvazov/AZADİNFORM. AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru Nəriman Quliyev elm və təhsil sahəsindəki xidmətlərinə görə “Birlik Ulduzları” dövlətlərarası mükafatına layiq görülüb. AMEA-dan AZADİNFORM-a verilən məlumata görə, mükafat aprelin 22-si Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 20 illik yubileyi çərçivəsində keçiriləcək tədbirdə təqdim olunacaq.

AZADİNFORM. London qəzetlərində Britaniya bank sistemindəki islahatların konsepsiyası dərc edilib. Sənəd hökumətin sifarişi ilə tanınmış iqtisadçı Con Vikersin rəhbərliyi altında fəaliyyət göstərən Banklar üzrə Müstəqil Komissiya tərəfindən hazırlanıb.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Bakı Biznes Tədris Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı sayca 4-cü tədbir keçirilib.

Atif Eyvazov/AZADİNFORM. Ermənistan prezidenti Serj Sərkisyan ölkəsində səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popovu (Rusiya) qəbul edib. AZADİNFORM xəbər verir ki, görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Hacı Zeynalov/AZADİNFORM. Azərbaycan paytaxtında bədbəxt hadisə baş verib. Səbail rayon Prokurorluğundan AZADİNFORM-a verilən məlumata görə, rayonun Şıx qəsəbəsinin ərazisində Bakı şəhər sakini Mirverdi Məmmədova məxsus daş karxanasında Masallı rayon sakini Yəhya Səbziyev yıxılıb və başının daşa dəyməsindən hadisə yerində ölüb.

Nailə İsmayılova/Azadinform. Bu günə qədər ucuz işçi qüvvəsi sayəsində dünyaya ucuz mal ixrac edən Çində vəziyyət dəyişir. Çin malının dəyəri artır. Türkiyənin «Milliyyət» qəzeti yazır ki, dünyadakı bahalaşma ilə əlaqədar bu ölkədə işçi qüvvəsinin, parçadan elektrikə qədər hər şeyin qiyməti artıb.

Mübariz Aslanov/AZADİNFORM. Aprelin 14-dən etibarın Bakıda MDB Bədən tərbiyəsi və idman üzrə Şurasının iclası öz işinə başlayacaq. Bu barədə məlumatı AZADİNFORM-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.

Hacı Zeynalov/AZADİNFORM. Abşeron rayonunda avtomobildən xeyli miqdarda pul oğurlanıb.

Mübariz Aslanov/AZADİNFORM. “Şəhərdaxili stasionar telefon rabitəsi sahəsində danışıqlar üçün yeni tariflər tətbiq olunarsa, istifadəçilərin marağı mütləq nəzərə alınacaq”. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Nailə İsmayılova/Azadinform. Beynəlxalq Valyuta Fondu (BVF) 2011 və 2012-ci illər üçün dünya iqtisadiyyatının yüksəlişi ilə bağlı yanvar ayında verdiyi proqnozunu dəyişməyib. Cari ildə iqtisadi artım 4,4, gələn isə 4,5 faiz olacaq.

Mübariz Aslanov/AZADİNFORM. Bakı və Sumqayıt arasında cari ilin sonunadək yüngül relsli nəqliyyatın yekun variantının tətbiqi ilə bağlı qərar qəbul olunacaq.

Hacı Zeynalov/AZADİNFORM. Azərbaycan paytaxtında bıçaqlanma hadisəsi baş verib. Qaradağ rayon Polis İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, rayonun Sahil qəsəbəsində Rüstəm Quliyev Vüsal Bayramovu bıçaqlayıb.

 
Страница 5706 из 5712 << < 5702 5703 5704 5705 5706 5707 5708 5709 5710 > >>
 Лента новостей
27.05.2017
26.05.2017
25.05.2017
 Архив
«Май.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo