Xədicə/AZADİNFORM. Səhnəmizin ekstravaqant müğənnisi Arzum şikayətlənərək, planları barəsində açıqlama verməyi sevmədiyini dedi. Müğənni çoxlarının onun ideyalarından faydalanaraq onu qabaqladığını bildirib.

Hacı Zeynalov/AZADİNFORM. Neftçala rayonunda intihar hadisəsi baş verib.

Atif Eyvazov/AZADİNFORM. Aprelin 11-də Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən Yardımlı rayonunun Alar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan iki nəfər İran vətəndaşı saxlanılıb.

Hacı Zeynalov/AZADİNFORM. Hacıqabul rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb. Hacıqabul rayon Polis Şöbəsindən “Azadinform”a verilən məlumata görə, “Bərpa 2009” MMC-də fəhlə işləyən Şöhrət Zərbalıyev Kolanı-Talış kəndləri arası qaz xətlərinin çəkilişi zamanı qazıntıdan toplanmış torpaq layının onun üstünə sürüşməsi nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Elvin Xəzər/AZADİNFORM. İçərişəhərdə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “İçərişəhər - tarixi-mədəni irs və müasir turizm mərkəzi” mövzusunda Dəyirmi masa keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə AMEA-nın və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları İçərişəhər və burada yerləşən abidələr barədə məruzələrlə çıxış ediblər, günün anlam və dəyərindən danışıblar.

AZADİNFORM. Moskva şəhər məhkəməsi Qeyri-leqal miqrasiyaya qarşı çıxış edən Hərəkatın ekstremist yönümlü olduğu barədə qətnamə qəbul edib. «Azadinform» «RİA Novosti»yə istinadən yaydığı məlumatda göstərib ki, məhkəmənin bu gün keçirilən iclasında hərəkatın nümayəndəsi Aleksandr Belov prosesin təxirə salınmasını istəsə də, məhkəmə bunu rədd edib. O, rəhbərlik etdiyi təşkilatın ekstremist yönümlü olmadığını iddia etsə də, məhkəmə bunu rədd edib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. “Azadinform” xəbər verir ki, iclasda Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuş üçün müzakirə olunub.

AZADİNFORM. Yaxın Şərqi bürüyən hadisələrin şokunu yaşayan İran rəhbərliyi baş verə biləcək etiraz aksiyalarına əvvəlcədən hazırlıq görməyə başlayıb. «Azadinform» «Miq nyus»a istinadən xəbər verir ki, ayətullahı ən çox narahat edən qonşu Suriyada baş verən etiraz aksiyalarıdır. Məlumata görə, İslam İnqilabı Keşikçiləri Şurasının komandanı, general Əli Cəfəri bəyan edib ki, korpusda əhəmiyyətli struktur islahatları aparılır.

Hacı Zeynalov/AZADİNFORM. Azərbaycanda Türkiyə vətəndaşları oğurluq etdiklərinə görə tutulublar. “Azadinform” xəbər verir ki, Kenan Əzəl Abidin oğlu, Caner Korkmaz Çengiz oğlu və Çengiz Korkmaz Qahraman oğlun Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Göyçay və Ucar rayon polis şöbələrinin birgə keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.

Həbibə Abdulla/AZADİNFORM. İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri Azərbaycanın 10 regionunda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında mart ayı üzrə istehlak səbətinin dəyərini hesablayıblar.

Elvin Xəzər/AZADİNFORM. Bakıda səfərdə olan Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

AZADINFORM. Rusiya Prezidenti Dmitri Medvedyev ölkə üzrə narkotiklərlə mübarizədə irəliləyişlərin olmadığını bəyan edib. «Kommersant» yaydığı məlumatda göstərir ki, prezident tələbələrin narkotik vasitə qəbul edib-etmədiyi barədə məcburi testdən keçirilməsini tələb edib.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda bədbəxt hadisə baş verib. Xəzər rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbənin nömrəsiz bağ evində yaşayan 11 yaşlı Süleyman Abdullayev darvazanın üstündən tullanarkən cəftəyə ilişərək asılı qalıb və boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev bu gün Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Aytən İmanova/AZADİNFORM. “Əgər dünya mətbuatı 9 yaşlı Farizin atəşkəs zamanı öldürülməsinə göz yumursa, qarışmırsa, o zaman Qərb, dünya arenası Azərbaycanın heç bir daxili işinə qarışmasın”.

AZADINFORM. Ukrayna baş prokurorunun müavini Renat Kuzmin sabiq prezident Viktor Yuşşenkonun zəhərlənməsi barədə yetərincə sübutlara malik olmadığını deyib. Lakin Kuzminin qənaətincə, hüquq-mühafizə orqanları Viktor Yuşşenkonun 2004-cü ildə guya qanında aşkar edilmiş dioksin maddəsinin dəyişdirilə biləcəyini istisna etmirlər.

Hacı Zeynalov/AZADİNFORM. Sabunçu rayonunda mənzildən oğurluq edən şəxs tutulub.

Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4,4 faiz artıb. Bu barədə “Azadinform”a fonddan məlumat verilib. Məlumatda bildirilir ki, aprelin 1-i tarixinə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 10 631 nəfər təşkil edir.

Atif Eyvazov/AZADİNFORM. Cari ildə ölkədə 9 yeni qeyri-hökumət təşkilatı dövlət qeydiyyatından keçib. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Kəmaləddin Həsənov söyləyib.

AZADINFORM. Rusiya kommunistlərinin lideri Gennadi Züqanov bəyan edib ki, 2012-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bu barədə məlumatı «Azadinform» Rusiyanın «Birinci kanal»ına istinadən yayıb.

 
Страница 5688 из 5708 << < 5684 5685 5686 5687 5688 5689 5690 5691 5692 > >>
 Лента новостей
24.05.2017
23.05.2017
22.05.2017
 Архив
«Май.2017
Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo