Əli Abbasov Corc Fridmanla görüşüb

Elvin Xəzər/AZADİNFORM. Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı və icraçı direktoru professor Corc Fridmanla görüşüb.

RİTN-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, görüşdə son illər Azərbaycanın bütün sahələrdə dinamik inkişaf edərək, regionda lider dövlətə çevrildiyini diqqətə çatdıran nazir bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sektorunda da yüksək nailiyyətlər əldə edildiyini vurğulayıb. Nazir bu sahədə həyata keçirilən dövlət siyasəti, ölkə və region uçun mühüm əhəmiyyət kəsb edən genişmiqyaslı layihələr barədə məlumat verib.
Azərbaycanda həyata keçirilən islahatları yaxından izlədiklərini bildirən Corc Fridman İKT sektoru, eyni zamanda, iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsinin perspektivlər baxımından əlverişli olduğunu diqqətə çatdırıb. O bildirib ki, hazırda İT sahəsində ixtisaslaşmış bir neçə ABŞ şirkəti Azərbaycanda yeni layihələr həyata keçirir və gələcəkdə Amerika şirkətləri Azərbaycanda yeni investisiya layihələrinin həyata keçirilməsi üçün səylərini artıracaqlar.
Artıq IV dəfə keçiriləcək İT üzrə Amerika-Azərbaycan biznes forumunun əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından faydalı olduğunu qeyd edən C.Fridman cari ilin may ayında Los-Anceles şəhərində təşkil olunan biznes forumda şəxsən iştirak edəcəyini diqqətə çatdırıb.
Öz növbəsində nazir C.Fridmanı noyabr ayında Bakıda keçiriləcək “BakuTel 2011” 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransına dəvət edib.

19.04.2011 16:50 / Просмотров: 437 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.01.2018
    19.01.2018
    18.01.2018
    17.01.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo