Amerika erməniləri Türkiyə əleyhinə növbəti aksiyaya başlayıblar

AZADİNFORM. Amerika erməniləri Türkiyə əleyhinə növbəti çirkin aksiyaya başlayıblar. Amerika Erməni Milli Komitəsinin (ANCA) başladığı kampaniya Call TODAY (bu gün zəng et) adlanır.

«Azadinform» «PanArmenian»a istinadən xəbər verir ki, aksiyanın məqsədi konqresmenlərin Türkiyəyə təzyiq göstərməsinə yönəlib. «Bu təzyiq yolu ilə Türkiyə ərazisindəki xristian kilsələri əsl sahiblərinə qaytarılmalıdır. Biz Amerikanın bütün vətəndaşlarından birləşməyi və Türkiyədən erməni və digər xristian kilsələrini onların əsl sahiblərinə qaytarmağı tələb edirik» - deyə bəyanatda bildirilib.
Aksiyanın iyulun 20-də aktivləşdirilməsi istənilib. Məhz həmin tarixdə ABŞ Nümayəndələr Palatasında vicdan azadlığı barədə qətnaməyə dəyişikliklər ediləcək.

19.07.2011 13:23 / Просмотров: 475 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.02.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo