Beynəlxalq Nüvə İnformasiya Sisteminin təqdimatı keçiriləcək

Atif Eyvazov/AZADİNFORM. Aprelin 20-də AMEA Radiasiya Problemləri İnstitutunda Beynəlxalq Nüvə İnformasiya Sisteminin (İNİS) təqdimatı keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a AMEA-dan veriblər. 

Qeyd edək ki, 2003-ci ildən institutun nəzdində AEBA (Amerika Avropa Biznes Assosiasiyası) ilə birgə əməkdaşlıq çərçivəsində İNİS Mərkəzi yaradılıb və hazırda fəaliyyət göstərir. Mərkəz AEBA-nın mərkəzləşdirilmiş sistemi vasitəsi ilə dünyada olan bütün nüvə tədqiqatları sahəsi üzrə elmi yeniliklər barədə daimi məlumatlar alır və onu müvafiq ekspertlərlə bölüşməyə hazırdır.

19.04.2011 12:36 / Просмотров: 528 / Печать
 
    В этом разделе:
     Лента новостей
    19.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo