Bakıda qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsə 11 il cəza kəsilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən Məmmədvəli Xalıqova hökm oxunub.AZADİNFORM xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə M.Xalıqov 11 il müddətinə azadlıqdan məhrum edilib. M.Xalıqov 2010-cu il sentyabrın 3-də Bakının Suraxanı rayonu, Dədə Qorud qəsəbəsində 20 yaşlı İnqilab Məmmədovu bıçaqlayaraq qətlə yetirib. Hadisə münaqişə zəminində baş verib. M.Xalıqov Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
11.04.2011 20:11 / Просмотров: 553 / Печать
 
    В этом разделе:
     Лента новостей
    18.01.2019
    17.01.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo