Bir neçə standarta dəyişiklik edilib

Həbibə Abdulla/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir neçə standarta dəyişiklik edib.

Komitənin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, dəyişikliklər “Qida məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə tərəfindən hazırlanmış AZS 089-2003 “Kəsmik. Ümumi texniki şərtlər”, AZS 091-2003 “Ayran. Texniki şərtlər”, AZS 092-2003 “Qatıq. Ümumi texniki şərtlər” və AZS 220-2006 “Dovğa. Ümumi texniki şərtlər” dövlət standartlarına şamil olunub. Yeni standartların tətbiqi vaxtı aprelin 20-dən müəyyən edilib. Dəyişikliklərə əsasən, istehsal texnologiyası, məhsulun tərkibində olan xammal, material və qida əlavələri, qablaşdırma üsulları və saxlanma şəraiti nəzərə alınmaqla hər bir süd məhsulu üçün maksimal yararlılıq müddəti uzadılıb.

19.04.2011 12:08 / Просмотров: 470 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.01.2018
    19.01.2018
    18.01.2018
    17.01.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo