Sərhədçilərimiz iki İran vətəndaşını yaxalayıb

Atif Eyvazov/AZADİNFORM. Aprelin 11-də Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən Yardımlı rayonunun Alar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan iki nəfər İran vətəndaşı saxlanılıb.

Bu barədə məlumatı “Azadinform”a DSX-nin mətbuat mərkəzindən veriblər.
Saxlanılan şəxslərin üzərindən 1 kq narkotik vasitə olan heroin, kəlbətin, fanar, bıçaq və mobil telefonlar aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

18.04.2011 15:06 / Просмотров: 528 / Печать
 
    В этом разделе:
     Лента новостей
    23.04.2018
    22.04.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo