“Cırtdan” Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin açılışı olub

Elvin Xəzər/AZADİNFORM. Bu gün Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin açılış mərasimi olub. Mərkəzin açılışına gənclər və idman naziri Azad Rəhimov da qatılıb. Gənclər və İdman Nazirliyindən “Azadinform”a verilən məlumatda bildirilir ki, “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi Nazirlər Kabinetinin 6 fevral 2008-ci il tarixli Sərəncamına əsasən inşa edilib.

Mərkəz aşağıdakı bölmələrdən ibarətdir: 2 mərtəbəli Əsas korpus – burada 112 çarpayı yerlik yataqxana otaqları, 100 nəfərlik yeməkxana, ərzaq məhsullarının saxlanılması üçün anbar və mətbəx, trenajor zalı, hər mərtəbədə həkim otağı, tərbiyəçi-müəllim otaqları, sanitar qovşaqlar, duş otaqları, foyedə televiziya izləmə yerləri, təsərrüfat və s. köməkçi otaqlar yaradılıb. Bundan başqa, Mərkəzdə yaradıcılıq binası, qonaq evi, inzibati bina da var.
Mərkəzin ərazisində - süni ot örtüklü futbol meydançası, basketbol-voleybol meydançası, açıq üzgüçülük hovuzu, bədən tərbiyəsi məşqləri üçün kiçik meydança, açıq havada müxtəlif tədbirlərin keçirilməsi üçün 55 oturacaq yerlik səhnə, 6 ədəd açıq havada köşk-çardaq (besetka), sanitar qovşaqlar yaradılıb.

15.04.2011 16:40 / Просмотров: 700 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.07.2018
    18.07.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo