Birinci rübdə kənd təsərrüfatında istehsal 5,3 faiz artıb

Həbibə Abdulla/AZADİNFORM. Cari ilin ilk rübündə 110.6 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə 8.4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 1.5 min hektar sahədə dən üçün qarğıdalı, 29.4 min hektar sahədə kartof, 24.8 min hektar sahədə tərəvəz, 842 hektar sahədə pambıq, 4.4 min hektar sahədə bostan bitkiləri, 1.7 min hektar sahədə dən üçün günəbaxan, 1.5 min hektar sahədə şəkər çuğunduru, 37.3 min hektar sahədə çoxillik otlar əkilib.

Heyvandarlıq sahəsinə gəldikdə, keçən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə iribuynuzlu mal-qaranın baş sayı 1.2 faiz çoxalaraq 2650.0 min, qoyun və keçilərin sayı 0.5 faiz artaraq 8641.5 min başa çatıb. Bu dövrdə diri çəkidə ət istehsalı 5.6 faiz artaraq 99.6 min ton, süd istehsalı 9.3 faiz artaraq 363.7 min ton, yumurta istehsalı 13.3 faiz azalaraq 258.3 milyon ədəd olub.
Komitənin məlumatında bildirilir ki, keçən ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5.3 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 6.6 faiz, heyvandarlıq məhsulları istehsalı 5.3 faiz artıb.

15.04.2011 15:40 / Просмотров: 475 / Печать
 
    В этом разделе:
     Лента новостей
    22.01.2018
    20.01.2018
    19.01.2018
    18.01.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo