“Azərsu” yeni iş prinsipinə keçib

Həbibə Abdulla/AZADİNFORM. “Azərsu” ASC-də aparılan struktur islahatları əhalinin müraciətlərinə operativ cavab verilməsinə şərait yaradacaq”.

“Azadinform”un məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin yaydığı press-relizdə bildirilir. Belə ki, həyata keçirilən tədbirlərin nəticəsi olaraq abunəçilərin müraciətləri bundan sonra “Azərsu” ASC-nin Moskva prospekti 67 ünvanında yerləşən baş ofisində deyil,  hər bir rayonun yerli Sukanal sahəsində araşdırılacaq: “Azərsu” ASC abunəçilərin nəzərinə çatdırır ki, aprelin 18-dən su təchizatı və kanalizasiya xidmətlərinə görə borcların olmamasına dair arayışlar, eləcə də mübahisəli borclarla bağlı araşdırmalar yerli Sukanal sahələri tərəfindən həyata keçiriləcək. Bu məsələlərlə əlaqədar abunəçilərdən yaşadıqları rayonun Sukanal sahəsinə müraciət etmələri xahiş olunur”.

15.04.2011 14:59 / Просмотров: 518 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.01.2018
    19.01.2018
    18.01.2018
    17.01.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo