Qubada 73 metr hündürlüyündə yeni televiziya qülləsi tikilir

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanın Quba rayonunda 73 metr hündürlüyündə yeni televiziya qülləsi tikilir. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşviq Əmirov bildirib. Onun sözlərinə görə, bölgədə rəqəmli yayımı üçüncü rübdə təmin etmək mümkün olacaq.

O, gələn ilin sonunadək bütün Azərbaycan ərazisinin rəqəmli televiziyanın əhatə dairəsinə qatılacağını qeyd edərək, yayımın Gəncə, Şirvan, Lerik stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə edəcəyini bildirib. “Yeniliyin tətbiqi ilə vətəndaşların öz avtomobillərində də televiziya kanallarına kəsintisiz baxması mümkündür”-deyə M.Əmirov vurğulayıb. O qeyd edib ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə hələ 2004-cü ilin sentyabrında başlanılıb.

17.06.2011 15:32 / Просмотров: 386 / Печать
 
    В этом разделе:
     Лента новостей
    15.08.2018
    14.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo