AB-nin maliyyə fırıldaqları ilə mübarizə idarəsinin nümayəndələri Bakıdadır

Günel Əbilova/AZADİNFORM. Avropa Birliyinin maliyyə fırıldaqları ilə mübarizə idarəsinin nümayəndələri Azərbaycanda səfərdədir. Bu barədə məlumatı “Azadinform”a AB-nin Azərbaycandakı nümayəndəliyindən veriblər.

Səfərin əsas məqsədi AB tərəfindən Azərbaycandakı müxtəlif proqramların icrasına ayrılan vəsaitlərin nə dərəcədə düzgün istifadə edildiyini öyrənməkdir.
Avropa Birliyinin maliyyə fırıldaqları ilə mübarizə idarəsi 1999-cu ildə yaradılıb. İdarənin vəzifəsi fırıldaqçılıqla mübarizə üzrə inzibati təhqiqatlar aparmaqdır.
Qeyd edək ki, Avropa Birliyinin maliyyə fırıldaqları ilə mübarizə idarəsinin nümayəndələrinin səfəri iyunun 17-də başa çatacaq.

17.06.2011 13:34 / Просмотров: 309 / Печать
 
    В этом разделе:
     Лента новостей
    16.10.2018
    15.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo