Miqrasiya məsələlərinə dair 20-dən artıq qanun və normativ-hüquqi akt qəbul edilib

Atif Eyvazov/AZADİNFORM. Hazırda Azərbaycanda 90-dan çox ölkənin, habelə bir çox millətin nümayəndələri yaşayır. Bu, ölkədə yüksək etnik-dini tolerantlığın nümunəsidir. “Azadinform” xəbər verir ki, bu fikirləri Bakıda “Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusunda keçirilən Ombudsmanların IX  Bakı Beynəlxalq Konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov söyləyib.

“Ölkəmizdə baş verən miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının təmin edilməsi” mövzusunda çıxış edən A.Rəhimov, həmçinin əlavə edib ki, bu günə qədər miqrasiya məsələlərinə aid olan 20-dən artıq qanun və normativ-hüquqi akt qəbul edilib. Xidmət rəisi bildirib ki, bütün sahələrdə yüksək dinamizmlə inkişaf edən Azərbaycanın  əlverişli coğrafi, siyasi mövqedə yerləşməsi, daxili əmək bazarının inkişaf etməsi ölkəni istər leqal, istərsə də qeyri-leqal miqrantlar üçün cəlbedici məkana çevirib. Onun sözlərinə görə, prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin bütün sahələrində əldə edilən yüksək nailiyyətlər əcnəbi vətəndaşların respublikamıza marağını gücləndirib, miqrasiya prosesinin intensivləşməsinə səbəb olub. Azərbaycanda miqrantların hüquqlarının qorunması, onların ölkəyə gəlmə və getmə, burada qeydiyyata alma kimi məsələlərlə bağlı prosedurunun asanlaşdırılmasından bəhs edən A.Rəhimov rəhbərik etdiyi qurumun beynəlxalq əməkdaşlığından da bəhs edib. A.Rəhimov, həmçinin qeyd edib ki, Azərbaycanda uzun illərdir ki, yaradılan qanunvericilik sistemi təkcə burada doğulub yaşayan körpələrin deyil, habelə valideynləri respublikaya miqrasiya edən uşaqların da hüquqlarının etibarlı şəkildə qorunmasına imkan verir. Miqrant uşaqlarla bağlı həyata keçirilən proseslərə xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdıran A.Rəhimov bildirib ki, bu problemlə əlaqədar qanunvericiliyə bir sıra əlavə və dəyişikliklər edilib, miqrant uşaqların hüquqlarının müdafiəsi üçün daha mükəmməl hüquqi mexanizm formalaşdırılıb.

16.06.2011 16:15 / Просмотров: 380 / Печать
 
    В этом разделе:
     Лента новостей
    19.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo