Azərbaycan Avropa Landşaft Konvensiyası təsdiq edə bilər

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər. İclasda komitə sədri Eldar İbrahimov gündəlikdəki Avropa Landşaft Konvensiyasının təsdiq edilməsi haqqında qanun layihəsi ilə iştirakçıları tanış edib.

Sənədin ölkə prezidenti tərəfindən parlamentə təqdim olunduğu qeyd edilib. E.İbrahimov qanun layihəsi haqqında geniş məlumat verərək bildirib ki, Konvensiya 2000-ci il oktyabrın 20-də Florensiya şəhərində imzalanıb, 4 fəsil, 18 maddədən ibarətdir. Sənəd landşaftın mühafizəsi, idarə olunması, planlaşdırılması və bu məsələlər üzrə Avropada əməkdaşlığı təmin etmək məqsədi daşıyır. Müzakirələr zamanı bildirilib ki, bu sənəd  işğal altında olan torpaqlarımızda landşaftın, təbii və mədəni irsin qorunması baxımından hüquqi baza yaradır.
İclasın sonunda sənəd yekdilliklə Milli Məclisin plenar içlasına tövsiyə olunub.

16.06.2011 15:56 / Просмотров: 403 / Печать
 
    В этом разделе:
     Лента новостей
    14.12.2018
    13.12.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo