Əli Həsənov: Qaçqınla miqrantın bəzi statuslarını birləşdirmək mümkündür

Atif Eyvazov/AZADİNFORM. “Dünyada qaçqın, köçkün problemi ilə miqrant problemi arasında müəyyən paralellik var. Hesab edirəm ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı bu istiqamətdə birgə fəaliyyət göstərməlidir”.

“Azadinform” xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.
“Qaçqınkom” sədri bildirib ki, burada elə məsələlər var ki, onlar bir-birinə uyğunluq təşkil edir: “Ermənistandan azərbaycanlılar ölkəmizə qovulub. Deyirik ki, onlar qaçqındırlar. Ancaq hesab edirəm ki, hüquqi statusları bir tərəfdən qaçqın olsa da, digər tərəfdən, onlar həm də xarici miqrantlardır. Onlar müharibə, zorakılıq nəticəsində qovulan siyasi miqrantdırlar” deyən Ə.Həsənov hesab edir ki, statuslar müxtəlif olsa da, buradakı paralelliyi analiz, təhlil etməyə ehtiyac var. Ə.Həsənovun sözlərinə görə, onların bəzi statuslarını hətta birləşdirmək də mümkündür.

16.06.2011 15:41 / Просмотров: 406 / Печать
 
    В этом разделе:
     Лента новостей
    19.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo