Hemofiliyadan əziyyət çəkənlərin sayı azalıb

Aytən İmanova/AZADİNFORM. 17 aprel Beynəlxalq Hemofiliya Günü münasibəti ilə Elmi-Praktik Hemofiliya Mərkəzi bu gün tədbir keçirib. “Azadinform” xəbər verir ki, konfransda Mərkəzin rəhbəri Elmira Qasımova ölkədə hemofiliyadan əziyyət çəkənlərə göstərilən diqqətdən danışıb. “5-il öncə müalicəyə götürülən uşaqlar sağlam həyat tərzi sürür, təhsillərini davam etdirir, bir sözlə, həyatdadırlar.

Bu xəstəlikdən əziyyət çəkənlərin sayı da azalıb. Bizə əvvəlki kimi minlərlə insan müraciət etmir. İndi mərkəzimizdə yalnız 230 nəfər ağır xəstədir. Digərləri isə vaxtaşırı gəlib iynə və dərmanlarını qəbul edir, həyat şəraitlərinə yenə davam edirlər” - deyə o qeyd edib.
E.Qasımova respublikanın hemofiliya dərmanlarının tapılması baxımından daha əziyyət çəkmədiyini vurğulayıb. O, həmçinin dərmanların olduqca bahalığı səbəbindən xəstələrin çoxunu profilaktoriyaya götürə bilmədiklərini təəssüflə söyləyib. Mərkəzin rəhbəri eyni zamanda, xəstələrin daim nəzarətdə saxlanması üçün registrın yaradılacağını da bildirib: “Xəstələrin qeydiyyatına bu ildən başlamışıq. 1340 nəfər hemofiliyalı xəstə qeydiyyatdadır. Onların yalnız 230-u ağır şəraitdədir. Digərləri evlərində müalicə alır. Bunun üçün Səhiyyə Nazirliyi əlindən gələni əsirgəmir”. E.Qasımova respublikada donora böyük ehtiyac olduğunu da əlavə edib.
Tədbirdə bu sahədə maarifləndirmə işinin aparılması üçün yerli telekanallara təqdim olunan çarx da göstərilib.

15.04.2011 12:25 / Просмотров: 581 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.01.2018
    19.01.2018
    18.01.2018
    17.01.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo