Əli Həsənov Berlində səfərdə olub

AZADİNFORM. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Berlində səfərdə olub. “Azadinform” AzərTAc-a istinadən xəbər verir ki, iyunun 9-da Humboldt Universitetində Almaniya ictimaiyyətinin və Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə Əli Həsənov “Azərbaycanın müasir inkişafı: Mövcud vəziyyət və perspektivlər” mövzusunda geniş məruzə ilə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Əli Həsənov bu gün Humboldt Universitetində Azərbaycan tarixini öyrənən tələbələr qarşısında “Cənubi Qafqaz, mövcud geosiyasi vəziyyət və Azərbaycan” mövzusunda ikinci məruzə ilə çıxış etmiş, dinləyiciləri maraqlandıran çoxsaylı suallara cavab verib. Sonra şöbə müdiri Azərbaycan tarixi kafedrasına, universitetin arxivi və kitabxanasına baş çəkib, onların fəaliyyəti ilə tanış olub.
Səfər proqramı çərçivəsində Əli Həsənov Berlində Almaniya Bundestaqının üzvü Philipp Misfelder ilə görüşüb, Almaniya ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf yollarını müzakirə edib. Şöbə müdiri, həmçinin Berlindəki Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinə baş çəkib, Mərkəzin fəaliyyəti ilə tanış olub.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov görüşlərdə iştirak edib.

Şöbə müdiri ölkəmizin Almaniyadakı səfirliyində olub, səfirliyin kollektivi ilə geniş tərkibdə görüş keçirib, Azərbaycan dövlətinin xarici siyasətinin həyata keçirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr və bu istiqamətdə görüləcək işlərlə bağlı bir sıra tövsiyələr verib.

10.06.2011 18:11 / Просмотров: 516 / Печать
 
    В этом разделе:
     Лента новостей
    15.08.2018
    14.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo