Nazirliyin bir neçə rayon üzrə mərkəz direktorları işdən çıxarılıb

Həbibə Abdulla/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) vəzifələrinin icrasında yol verdikləri ciddi nöqsanlara görə Quba, Yardımlı və Xızı rayonlarının Əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları və 11 nəfər məsul əməkdaşı vəzifələrindən azad edilib.

Bu barədə məlumatı AZADİNFORM-a nazirliyin mətbuat xidmətindən veriblər. Həmçinin 5 rayonun - Kürdəmir, Sabirabad, Zərdab, Biləsuvar və Ağcabədinin mərkəz direktorları müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb, 15 nəfərə isə töhmət verilib. İctimai nəzarətin gücləndirilməsi məqsədilə “Ünvanlı sosial yardım təyin edən“ Komissiyanın Əsasnaməsinə əlavə və dəyişikliklər edilərək Komissiyanın üzvləri siyahısına təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəsissə və təşkilatların nümayəndələri də daxil edilib. Son 3 ay ərzində ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlilliyin müəyyən edilməsi ilə əlaqədar 800-dən çox ərizə birbaşa nazirliyin əməkdaşları tərəfindən, 55 ərizə isə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının əməkdaşları ilə birgə vətəndaşların iştirakı ilə araşdırılıb və müvafiq tədbirlər görülüb. Eyni zamanda, 6 Zona üzrə Tibbi-sosial ekspert komissiyalarının (Bakının Xətai, Nizami, Nərimanov rayonları üzrə 2 nömrəli Zona TSEK, Gəncə, Göyçay, Daşkəsən rayonları üzrə 7 nömrəli zona TSEK, Göyçay, Ağdaş rayonları üzrə 15 nömrəli əsas baza Zona TSEK, Zərdab, Ucar, Kürdəmir rayonları üzrə 15 nömrəli səyyar TSEK, Tovuz, Qazax, Ağstafa rayonları üzrə 16 nömrəli TSEK və Ağcabədi, Ağdam rayonları üzrə 18 nömrəli səyyar TSEK) sədrləri müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb. 8 nəfər həkim-ekspertə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

14.04.2011 18:13 / Просмотров: 678 / Печать
 
    В этом разделе:
     Лента новостей
    19.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo