ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb

Elvin Xəzər/AZADİNFORM. ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popovun (Rusiya) regiona səfəri başlayıb. “Azadinform” xəbər verir ki, həmsədrlər artıq Bakıdadır.

Onlar bu gün Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri və prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunacaq.
Həmsədrlər Bakıdan İrəvana yollanacaqlar. Onların Xankəndinə də səfərləri planlaşdırılır. Vasitəçilər sabah cəbhə xəttində keçiriləcək monitorinqi müşahidə edib, qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçəcəklər.

6.06.2011 10:20 / Просмотров: 459 / Печать
 
    В этом разделе:
     Лента новостей
    16.10.2018
    15.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo