Məcburi köçkünlərə və əlillərə qarşı dələduzluq etməkdə təqsirləndirilənlərə cəza istənilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məcburi köçkünlərə və əlillərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi davam etdirilib. AZADİNFORM xəbər verir ki, hakim Ağababa Babayevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror Tərtər Rayon Hərbi Komissarlığının sabiq hüquqşünası Rəşad Hüseynovun 9 il, Sevil Sultanovanın 9 il, onun bacısı Dilbazi Sultanovanın 8 il, Elmira Abdullayevanın 9 il və Ülviyyə Həsənovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Müdafiə tərəfi təqsirləndirilən şəxslərin günahsız olduqlarını bildiriblər və müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. İttihama görə, adıçəkilən şəxslər məcburi köçkün və əlillər üçün rayonda tikilən binadan mənzil verilməsinə kömək edəcəkləri adı altında onlardan 100 min manatdan artıq pul alıblar. Cinayət işi üzrə 18 nəfər zərərçəkən var. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddələrilə ittiham olunur.
11.04.2011 13:44 / Просмотров: 920 / Печать
 
    В этом разделе:
     Лента новостей
    18.03.2019
    15.03.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo