Sahib Ələkbərov: “Nağdsız ödəmə edənlərə ƏDV güzəştləri edilə bilər”

Həbibə/AZADİNFORM. “Post-terminalların kütləviləşdirilməsi məsələsi ölkə başçısı tərəfindən müvafiq orqanlar qarşısında öhdəlik kimi qoyulub, bu istiqamətdə ötən il fərman da verilib”. “Azadinform”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, gələn il “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi də bu məsələni tezləşdirməyi vacib edən amillərdəndir: “Burada söhbət nağdsız ödənişlərin stimullaşdırılmasından gedir. Bu istiqamətdə xeyli iş görülüb, Vergilər Nazirliyi həmin məsələ ilə əlaqədar Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklifini irəli sürüb, yəqin ki, bu məsələyə baxılacaq. Hüquqi baza yaranacaq ki, biz bu sistemi geniş tətbiq edə bilək”.
S.Ələkbərovun sözlərinə görə, hazırda ölkə üzrə təxminən 8 mindən bir az artıq post-terminal var ki, bu da qaneedici göstərici deyil: “Amma biz elə etməliyik ki, həm biznes sahəsində fəaliyyət göstərənlər, həm də alıcılar bunda maraqlı olsunlar. “Eurovision”la əlaqədar ölkəyə çoxlu sayda xarici qonaq gələcək, onlar Azərbaycanı hərtərəfli inkişaf etmiş görməlidirlər”.
Nazir müavini bildirib ki, nazirlik post-terminallardan istifadə edən vətəndaşlar üçün ƏDV-nin azaldılmasını təklif edib. Həmçinin müəyyən məbləğdən sonra nağd ödəmələrin aparılmasının qadağan edilməsi də təkliflər sırasındadır: “Təkliflər qəbul olunarsa, belə hallar aşkarlananda həm satıcıya, həm alıcıya qarşı çox ciddi sanksiyalar tətbiq olunacaq. Bu, beynəlxalq təcrübədə kifayət qədər geniş yayılıb”.

3.06.2011 12:22 / Просмотров: 553 / Печать
 
    В этом разделе:
     Лента новостей
    19.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo