Azərbaycanın Dövlət ilkin Vaxt və Tezlik etalonu təsdiq edilib

Elvin Xəzər/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyət vahidləri laboratoriyasında quraşdırılmış etalon kompleksi Azərbaycanda Dövlət ilkin Vaxt və Tezlik etalonu kimi təsdiq edilib. Bu barədə məlumatı AZADİNFORM-a Komitəsinin mətbuat xidmətindən veriblər.

Etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu (Fluke910R) və Taymer-sayğacı analizator (Fluke6690) daxildir.
Vaxt və Tezlik etalonunun əsas prinsipi "sezium" elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antenna ilə qəbul edib. Vaxt və Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir.
Etalon rabitə, nəqliyyat, istehsal, tibb və s. sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcək. Bundan başqa, vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorları, vaxtla bağlı bütün işçi etalonların və s.) kalibrlənməsi də Vaxt və Tezlik etalonu vasitəsilə həyata keçiriləcək.

14.04.2011 12:14 / Просмотров: 480 / Печать
 
    В этом разделе:
     Лента новостей
    22.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo