“Qoçəli” erməni rəqsi kimi təqdim edildi - Video

AZADİNFORM. Erməni plagiatlığı, yalanı barədə çox danışılıb, yazılıb. Qonşularının torpaqları üzərində dövlət qurmaları bir yana, onlara məxsus maddi və mənəvi mədəniyyət nümunələrini özününküləşdirməyə üstünlük verdikləri yeni deyil. Bu dəfə ermənilər başqa bir yola əl atıblar. Yalanlarını başqalarının dili ilə səsləndiriblər. Belə ki, avqustun 30-da Rusiyanın «ORT» telekanalında «Xoçu znat s Mixailom Şirvindom» verilişində növbəti dəfə erməni həyasızlığının, plagiatlığının şahidi olduq. 

Özü də bu yalan ermənilərin yox, verilişin aparıcının dilindən səsləndirildi.  Xüsusən də aparıcının bu yalanları inandırıcı formada verməyə çalışması adamda təəccüb doğurur. Erməniləri dünyanın ən «istedadlı»  (yəqin ki oğurluq üzrə-müəll.) xalqları sırasına daxil edən aparıcı onların dünya mədəniyyətinə bəxş etdiyi sənətkarlardan danışdı. 

Müəllif daha sonra ərəblərə məxsus şaurmanı erməni mətbəxinin məhsulu kimi qələmə verir, hətta italyanlara məxsus pitsanı da bu sıraya daxil edir, erməni pitsasının necə hazırlanması qaydaları barədə danışır. Ən dəhşətlisi isə müəllifin bu yalanları həqiqət kimi qələmə verməyə çalışmasıdır. Bu azmış kimi verilişin sonunda Azərbaycan xalqına məxsusluğu şübhə doğurmayan «Qoçəli» rəqsi erməni rəqsi kimi qələmə verilir. Özü də meydana çıxan erməni dığaları rəqsin qol-qıçını sındıra-sındıra nümayiş etdirirlər. Maraqlısı odur ki, ermənilər rəqsə «yenilik» də gətiriblər. Belə ki, dığalardan biri qoçun buynuzunu başına keçirmiş formada rəqs edir. 

 

31.08.2012 19:12 / Просмотров: 2014 / Печать
 
    В этом разделе:
     Лента новостей
    18.12.2017
    16.12.2017
    15.12.2017
    14.12.2017
     
    © 2017 All right reserved www.azadinform.az Powered by Danneo