Rusiya, ABŞ və Fransa prezidentləri Qarabağ nizamlanması ilə bağlı birgə bəyanatla çıxış edəcəklər

AZADINFORM. Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə bəyanatla çıxış edəcəklər. Rusiya prezidentinin köməkçisi Sergey Prixodko «Böyük Səkkizliy»in Dovildə keçiriləcək sammitinə birgə üçtərəfli bəyanatın hazırlandığını diqqətə çatdırıb.

Bu barədə «Azadinform» «RİA Novosti»yə istinadən məlumat yayıb. «Prezidentlər- Dmitri Medvedyev və Barak Obama mayın 26-da keçiriləcək görüş gedişində birgə Rusiya-ABŞ bəyanatlar paketi qəbul etməyi planlaşdırırlar. Bura viza sahəsində əməkdaşlıq, terrorizmə qarşı mübarizə və Berinq boğazında birgə əməkdaşlıq daxildir. Eyni zamanda, Fransa prezidenti Nikola Sarkozinin də imza atacağı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli birgə bəyanat verilməsi planlaşdırılır» - deyə Prixodko bildirib.

25.05.2011 16:44 / Просмотров: 511 / Печать
 
    В этом разделе:
     Лента новостей
    19.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo