Martda bitkiçilik və heyvandarlıq məhsulları bahalaşıb

Həbibə Abdulla/AZADİNFORM. Mart ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,4 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən AZADINFORM-a verilən məlumata gör, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8 faiz, arpanın 0,1 faiz, kələmin 3,4 faiz, balqabağın 21,2 faiz, cəfərinin 0,3 faiz, baş soğanın 0,8 faiz, göy soğanın 1,7 faiz, kartofun 1,2 faiz, quru otun 1,4 faiz, yonca toxumunun istehsalçı qiymətləri 14,1 faiz artıb:

“Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 1,8 faiz, almanın 11,2 faiz, armudun 0,4 faiz, şabalıdın 2,4 faiz, fındığın 5,0 faiz, qozun 6,3 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri 0,3 faiz bahalaşıb, nanə yarpaqlarının istehsalçı qiymətləri isə 10,4 faiz ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 1,3 faiz, inək südünün 2,0 faiz, camış südünün 0,5 faiz, diri ev quşlarının qiymətləri 10,9 faiz bahalaşıb, diri qoyun və keçilərin 1,6 faiz, yumurtanın qiymətləri isə 0,5 faiz ucuzlaşıb. Balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 1,4 faiz bahalaşma müşahidə olunub”.

13.04.2011 15:17 / Просмотров: 602 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.07.2018
    18.07.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo