Azərbaycan BMT-nin SPECA Proqramının İşçi Qrupunun iclasında iştirak edəcək

Elvin Xəzər/AZADİNFORM. Aprelin 20-21-də Qazaxıstanın Almatı şəhərində Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) “Nəqliyyat və sərhəd keçidi” üzrə Layihə İşçi Qrupunun 16-cı iclası keçiriləcək. Müzakirələrdə Nəqliyyat Nazirliyi də təmsil olunacaq.

Bu barədə məlumatı AZADİNFORM-a nazirliyin mətbuat xidmətindən veriblər.
İşçi qrupun iclasında Asiya-Sakit okean regionunda nəqliyyatın inkişafı üzrə milli hesabatlar dinləniləcək. Bundan başqa SPECA proqramının iştirakçı ölkələri arasında beynəlxalq intermodal nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq mexanizmləri və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramında 7 ölkə - 5 Mərkəzi Asiya ölkəsi, Azərbaycan və Əfqanıstan iştirak edir.

13.04.2011 14:14 / Просмотров: 602 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.04.2018
    19.04.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo