BVF-nin direktoru həbsxanaya köçürülür

AZADINFORM. Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Dominik Stross Kan Nyu-Yorkdakı həbsxanaya köçürülür.

«Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, mayın 16-da Nyu-York məhkəməsi seksual təcavüzdə ittiham olunan Fondun rəhbərini 1 milyon dollar girov müqabilində zaminə buraxmaqdan imtina edib. Məhkəmənin qərarına görə, o, növbəti iclasa - mayın 20-ə qədər həbsdə qalacaq.
Kan Nyu-Yorkda bir gecəsi 3 min dollar olan dağ hotellərindən birində çalışan 32 yaşlı qadını zorlamağa cəhddə ittiham olunur.

17.05.2011 11:46 / Просмотров: 570 / Печать
 
    В этом разделе:
     Лента новостей
    22.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo