Nigar Köçərli: “Faiq Ağayevin auditoriyası kitab oxuyanların sayından daha çoxdur”

Faiq Ağayevin auditoriyası kitab oxuyanların sayından çoxdur. AZADİNFORM xəbər verir ki, bu sözləri "Əli və Nino" Nəşriyyat Evinin rəhbəri Nigar Köçərli deyib. Onun sözlərinə görə, "Əli və Nino" Nəşriyyat Evinin məqsədi məşhur müğənniləri kitab satıcısı kimi sınamaqla onların fanatları və gəncləri kitaba cəlb etməkdir. “Təəssüf ki, Azərbaycanda kitab oxumurlar. 9 milyon əhalisi olan Azərbaycanda cəmi 10 kitab dükanı olduğu halda, 4 mln. əhalisi olan qonşu Gürcüstanda 75 kitab dükanı var. Bu problemi aradan qaldırmaq üçün müəyyən aksiyalar keçirmək lazımdır”-,deyə N.Köçərli bildirib. O, oxucuları cəlb etmək üçün seçdikləri müğənnilərin savad və dünya görüşlərini nəzərə aldıqlarını qeyd edib. Təbii ki, toyxana müğənnisini gəlib kitab satsa hamı güləcək. N.Köçərli həmçinin Milli Kitab Mükafatının short listinə düşən əsərlərin mkm.az saytında səsverməsi başladığını və oxucuların sorğuda aktiv iştirak etdiklərini qeyd edib. O, online səsvermənin ədalətli olacağına inanmasa da, həmin əsərlərin çap olunmadığı üçün ən maraqlı hissələrinin saytda yerləşdirdiklərini söyləyib. “Qalib olan əsərin ən yaxşı yazıçı yox, kimin yaxşı tanışı varsa, o olacağını bilən MKM-nin təsisçisi elektron səsvermədə lider olan yazıçının yalnız diplomla təltif olunacağının və bunun münsiflərin seçəcəyi əsərlərə heç bir aidiyyatı olmayacağını əlavə edib. Nigar Köçərli həmçinin short listin vaxtından tez “Facebook” sosial şəbəkəsində yayımlanmasının doğru olmadığını qeyd etsə də, bu məsələyə belə münasibət bildirib: “Əgər ABŞ Wikiliksin qarşısını ala bilmirsə, biz neyləyək?”
11.04.2011 12:53 / Просмотров: 744 / Печать
 
    В этом разделе:
     Лента новостей
    19.10.2018
    18.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo