MDB-nin 20 illiyi Bakıda qeyd olunacaq

Mübariz Aslanov/AZADİNFORM. Aprelin 14-dən etibarın Bakıda MDB Bədən tərbiyəsi və idman üzrə Şurasının iclası öz işinə başlayacaq. Bu barədə məlumatı AZADİNFORM-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.

Bu ötən ilin 27-28 may tarixlərində Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və idman üzrə Şurasının toplantısında qərara alınıb. Ötən il mayın 21-də Sankt-Peterburq şəhərində MDB Hökumət Başçıları Şurası MDB-nin 20 illiyinin keçirilməsi qərarını verib. Məhz bu qərara müxtəlif tədbirlər planı daxil edilib.
Bakıda  MDB-nin 20 illiyinə həsr olunmuş iclas da həmin tədbirlər planının bir hissəsidir. MDB-nin Bədən tərbiyəsi və idman üzrə Şurasının iclasında Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan, Moldova və digər ölkələrin idmana məsul rəsmilərinin iştirakı gözlənilir.

12.04.2011 14:58 / Просмотров: 775 / Печать
 
    В этом разделе:
     Лента новостей
    19.03.2019
    18.03.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo