Dünya iqtisadiyyatında yüksəliş proqnozlaşdırılır

Nailə İsmayılova/Azadinform. Beynəlxalq Valyuta Fondu (BVF) 2011 və 2012-ci illər üçün dünya iqtisadiyyatının yüksəlişi ilə bağlı yanvar ayında verdiyi proqnozunu dəyişməyib. Cari ildə iqtisadi artım 4,4, gələn isə 4,5 faiz olacaq.

AZADİNFORM xəbər verir ki, “Euronews” fondun Vaşinqtonda təqdim etdiyi «Dünya iqtisadiyyatının inkişaf perspektivləri» hesabatına istinad edərək bu məlumatı yayıb. Proqnoza əsasən, cari ildə ABŞ ötən ilki 2,8 faizlik tempi saxlayacaq. Avropa ölkələri 2010-cu illə müqayisədə 0,1 faizlik itki ilə üzləşəcəklər. 2011-ci ildə Rusiyanın gəlirləri 0,3-dən 4,8 faizə qədər artacaq. Yaponiyanı iqtisadiyyatında isə sunami ilə əlaqədar olaraq 3,9 faizdən 1,4 faizədək azalma gözlənilir.
Fondun hesabatında qeyd edilir ki, dünya iqtisadiyyatının lokomotivi keçid dövrünü yaşayan və inkişaf etməkdə olan Çin (9,6 faiz) və Hindistan (8,2 faiz) olacaq.
Beynəlxalq Valyuta Fondu neftin qiymətinin bahalaşmasının dünya iqtisadiyyatının inkişaf tempinə və ya inflyasiyaya təsirini gözləmir. Fondun proqnozlarına görə, bu il neftin bir barelinin qiyməti 108 dollar səviyyəsində qalacaq.

12.04.2011 14:48 / Просмотров: 1535 / Печать
 
    В этом разделе:
     Лента новостей
    17.05.2019
    16.05.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo