Milli Məclisin növbəti iclası başlayıb

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin növbəti iclası başlayıb. “Azadinform” xəbər verir ki, iclası açıq elan edən spiker Oqtay Əsədov əvvəlcə İƏT PA-da Azərbaycan münayəndə heyətinin fəaliyyətindən söz açıb. Sonra İƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri millət vəkili Gövhər Baxşəliyeva nümayəndə heyətinin qurumun son sessiyasındakı fəaliyyətindən danışıb.

İclasın bugünkü gündəliyində Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin təyin edilməsi, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi, Cinayət Məcəlləsində dəyişiklik edilməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi (II oxunuş) müzakirəyə çıxarılacaq.

14.02.2012 12:27 / Просмотров: 341 / Печать
 
    В этом разделе:
     Лента новостей
    18.12.2018
    17.12.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo