Ceyhun Əsgərov: “Hazırda “Araz” radiosunda çalışıram”

Atif Eyvazov/AZADİNFORM. “Radioda işləmək prinsipcə mənə yad deyil. Mənim  iki il “ANS ÇM” radiosunda tok-şou proqramım olub. Ona görə də bu iş mənə yaxındır və bilirəm”. Bunu AZADİNFORM-a müsahibəsində telejurnalist, uzun müddət ANS telekanalında çalışmış Ceyhun Əsgərov söyləyib.

C.Əsgərov hazırkı fəaliyyətindən də danışıb: “Hazırda “Araz” radiosunda çalışıram. Burada iki verilişim var. Bir veriliş saat 7-dən 8-ə kimi olan tok-şoudur və həmin proqramda qonaqlarla günün əsas prioritet mövzusu müzakirə edilir. Həmin vaxt dinləyicilər də efirə qoşularaq öz fikirlərini və suallarını söyləyə bilirlər. Birinci günlər axşam saat 9-dan 10-a kimi isə “Yurdum” verilişini aparıram. Bu verilişdə xaricdə yaşayan azərbaycanlılar və Azərbaycan diasporunun fəaliyyəti barədə geniş məlumat verilir. Məqsəd onlarla əlaqə saxlamaq, digər ölkələrin ən kiçik şəhərlərində belə yaşayan həmyerlilərimizin təşkilatçılığı haqqında məlumat toplamaqdır”. O, gələcəkdə digər layihələrin də reallaşacağını istisna etməyib.
C.Əsgərov onun və digər kadrların ANS  telekanalından getməsinə də münasibət bildirib: “Şəxsən mən özümə aid səbəblərə görə çıxmışam. Kimin hansı səbəblərə görə çıxmasını bilmirəm. Deməzdim ki, hamı bir səbəbə görə çıxıb, yaxud çıxarılıb. Ona görə də heç kimin yerinə danışa bilmərəm. Onu deyə bilərəm ki, mən iş yerimi dəyişmək qərarına gəlmişdim”.

12.04.2011 14:02 / Просмотров: 1017 / Печать
 
    В этом разделе:
     Лента новостей
    18.03.2019
    15.03.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo