Əhalinin əmanətlərinin həcmi 37 faiz artıb

Həbibə/AZADİNFORM. 2011-ci il aprelin 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 5 milyard 532,3 milyon manat təşkil edib. Mərkəzi Bankdan “Azadinform”a verilən məlumata görə, bunun 3 milyard 289,1 milyon manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,3 faiz çoxdur.

2011-ci il aprelin 1-nə banklara qoyulan əmanətlərin 1 milyard 514,6 milyon manatı (46 faizi) manatla, 1 milyard 774,5 milyon manatı (54 faizi) isə xarici valyuta ilə cəlb edilib.

2.05.2011 14:51 / Просмотров: 435 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.04.2018
    19.04.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo