Bin Ladenin 6 uşağı və 2 arvadı saxlanılıb

AZADINFORM. Pakistanın xüsusi xidmət orqanları «Əl-Qaidə» lideri Üsəma bin Ladenin altı uşağını və iki arvadını saxlayıblar. «Azadinform» «Sinxua»ya istinadən xəbər  verir ki, onlar İslamabad yaxınlığındakı dağlıq ərazidə həbs ediliblər. Konkret olaraq kimin həbs edildiyi açıqlanmır. Ladenin nə az, nə çox, düz 19 uşağı var.

Mayın 1-də öldürülən «bir nömrəli terrorçu» artıq dənizdə dəfn edilib. Bu barədə Amerikanın «CNN» və «NBC» kanalları adları açıqlamayan amerikalı məmurlara istinadən məlumat yayıblar. ABŞ hakimiyyət nümayəndələri qeyd ediblər ki, bu addım həmin yerin sonradan onun tərəfdarlarının ziyarət yerinə çevrilməməsi üçün atılıb. Maraqlıdır ki, KİV Ladenin başından güllə yarası alaraq öldürüldüyünü də yazıb.

2.05.2011 13:23 / Просмотров: 403 / Печать
 
    В этом разделе:
     Лента новостей
    23.07.2018
    20.07.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo