“Azərenerji” ASC: “Qaydaları ən çox əhali qrupu pozur”

Həbibə/AZADİNFORM. Cari ilin I rübündə Xaçmaz Regional Elektrik Şəbəkəsində (REŞ) keçirilmiş reydlər zamanı 525 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Bu barədə “Azadinform”a “Azərenerji” ASC-dən məlumat verilib.

Məlumatda qeyd edilir ki, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 1 milyon 467,5 min kilovatsaatdan artıq (bunun 421,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 88,1 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin məbləğlə yanaşı, aktlar üzrə bərpa edilmiş itirilmiş elektrik enerjisinin dəyərinin ötən ildən qalmış debitor borcunun da müəyyən qisminin ödənişi təmin olunub. 
Qeyd edək ki, cari ilin mart ayında keçirilmiş reydlər zamanı 182 istehlakçının sayğac uçot komplektində qayda pozuntusu aşkar edilərək, 459,9 min kilovatsaata yaxın (bunun 70,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 27,5 min manatdan artıq istehlak dəyəri bərpa edilib.
Kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi halı üstünlük təşkil edib və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar olunub.

 


 

2.05.2011 13:05 / Просмотров: 641 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.04.2018
    19.04.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo