Gənclər arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək

Seymur Əliyev/AZADİNFORM. Mayın 7-8-də Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından “Azadinform”a verilən məlumata görə, komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Belarus, Qazaxıstan, Özbəkistan və Ukrayna komandaları iştirak edəcək. 1991-1993-cü il təvəllüdlü idmançıların iştirak edəcəyi turnirdə 8 çəki dərəcəsində (50, 55, 60, 66, 74, 84, 96 və 120 kq) güclülər müəyyən ediləcək. Turnirin proqramına əsasən, mayın 7-də qrup görüşləri, mayın 8-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək.
İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

2.05.2011 13:16 / Просмотров: 509 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.01.2018
    19.01.2018
    18.01.2018
    17.01.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo