455 milyard dollarlıq Bin Laden

Günel Əbilova/AZADİNFORM. ABŞ “Əl-Qaidə” terror təşkilatının lideri Üsəma bin Ladeni ələ keçirmək üçün 455.4 milyard dollar xərcləyib. “Azadinform” Türkiyənin “Cumhuriyyət” qəzetinə istinadən xəbər verir ki, Əfqanıstan müharibəsinin günlük xərci 300 mln. dollar olub.

ABŞ 11 sentyabr terror hadisələrindən sonra ilk əvvəl Əfqanıstana, ardınca isə İraqa daxil olub. Bu müddətdə ABŞ Əfqanıstanda etdiyi hərbi əməliyyatlarda 1420, sərhəd bölgələrində isə 1452 əsgərini itirib. Obamanı iyul ayında Əfqanıstanda olan 97 min ABŞ əsgərini geri çağırılması haqqında planı olsa da, bu plan haqqında geniş məlumat verilməyib.
Pentaqonun 2012-ci ilin sonu üçün büdcə xərclərində Əfqanıstanda 98 min 250 əsgəri olacağı bildirilib. Həmçinin Əfqanıstan üçün büdcə xərclərinin 107.3 milyard dollar olacağı əlavə olunub.

2.05.2011 13:11 / Просмотров: 483 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.01.2018
    19.01.2018
    18.01.2018
    17.01.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo