Türkiyə yeni tankın istehsalına başlayır

AZADINFORM. Ankara yaxın vaxtlarda «Altay» tipli tankların istehsalına başlayır. «Azadinform» Türkiyənin «NTV» kanalına istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Vecdi Könül bildirib ki, tankın prototipi artıq mayın 10-da İstanbulda keçiriləcək

«İDEF» beynəlxalq silah sərgisində təqdim olunacaq. Onun sözlərinə görə, yeni tank dünya tank sənayesi istehsalında ən yüksək göstəricilərə malikdir.
Məlumatda o da vurğulanır ki, yeni tankın zirehi üçün material koreyalılarla birgə işlənib hazırlanıb.

2.05.2011 12:56 / Просмотров: 477 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.07.2018
    18.07.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo