Azərbaycan İsveçrəyə etiraz notası göndərib

Elvin Xəzər/AZADİNFORM. Cenevrə şəhərində 25-ci Beynəlxalq Kitab və Mətbuat Sərgisi keçirilməkdədir. Həmin sərgidə Ermənistan şərəf qonağı qismində iştirak edir və bu gün Ermənistan  prezidenti sözügedən sərgini ziyarət edəcək.

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən “Azadinform”a verilən məlumata görə, 29 aprel 2011-ci il tarixində sərginin açılışı zamanı məlum olub ki, Ermənistana aid olan stendlərdə ölkəmizin ərazi bütövlüyünü təhrif edən müvafiq materiallar nümayiş etdirilir. Bununla əlaqədar olaraq, səfirlik tərəfindən dərhal İsveçrənin Xarici İşlər Federal Departamentinə və sərginin təşkilatçılarına məlumat verilib, narahatçılığımız və etirazımız ifadə edilib. Bununla yanaşı, səfir M.Nəcəfbəyli tərəfindən sərginin təşkili üzrə məsul olan qurumun rəhbərləri Bernard Quiot və Adeline Beaux ilə görüş keçirilib, ölkəmizin narahatçılığı qarşı tərəfin diqqətinə çatdırılıb. Həmin materiallarda həqiqətə uyğun olmayan məqamlar əyani olaraq nümayiş etdirilib və onların sərgidən çıxarılması tələb edilib.
Eyni zamanda, səfirlik tərəfindən İsveçrənin Xarici İşlər Departamentinə etiraz notası ünvanlanıb, bu etirazın mahiyyəti izah edilib və məsələ ilə bağlı İsveçrə tərəfindən müvafiq tədbirlərin görülməsinin təmin edilməsi xahiş edilib.

2.05.2011 12:25 / Просмотров: 521 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.07.2018
    18.07.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo