Luvr muzeyinin direktoru Azərbaycana gəlir

AZADİNFORM. 3-5 may 2011-ci il tarixində Fransanın məşhur Luvr muzeyinin direktoru Anri Luaret Azərbaycana səfər edəcək. “Azadinform”un Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Anri Luareti qəbul etməsi planlaşdırılır.

Səfər zamanı Azərbaycan Dövlət İncəsənət Muzeyində Luvr Muzeyinin kolleksiyasından iki mövzuda sərgilərin təşkili nəzərdə tutulur. Eləcə də Bakıda yeni xalça muzeyinin açılış mərasimi zamanı Luvr Muzeyinin xalça kolleksiyasından bir neçə eksponatın müvəqqəti təqdim edilməsinin mümkünlüyü kimi  məsələlərin  müzakirə olunması gözlənilir.
Səfər zamanı Anri Luaretin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasına baxış keçirməyi, Müasir İncəsənət Muzeyində rəssam Əliyar Əlimirzəyevin sərgisinin açılış mərasimində iştirakı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu, Qala Qoruğunda “Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksini və Mərdəkan qalalarını ziyarət edəcəyi nəzərdə tutulub. Səfər proqramına, həmçinin Əbülfəs Qarayevin yanında KİV-in iştirakı ilə mətbuat konfransı və Azərbaycan Dövlət İncəsənət Muzeyinin rəhbərliyi ilə görüş daxil edilib.

2.05.2011 12:29 / Просмотров: 524 / Печать
 
    В этом разделе:
     Лента новостей
    19.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo