“Yəhova şahidləri” dini təriqətini təbliğ edən kitablar aşkarlanıb

Hacı Zeynalov/AZADİNFORM. Lənkəranda qadağan edilmiş dini vəsaitlər aşkarlanıb. “Azadinform” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 29-da Lənkəran Şəhər Rayon Polis Şöbəsi, Milli Təhlükəsizlik Nazirliyinin Lənkəran rayon şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub Bölgəsinin əməkdaşları birgə tədbirlər keçiriblər. Bu zaman Lənkəran şəhər sakini Gülnaz Nəsirovanın müvafiq icazəsi olmadan “Yəhova şahidləri” dini təriqətini təbliğ etməsi müəyyən edilib və evinə baxış zamanı oradan 19 ədəd təbliği və yayımı qanunla qadağan edilmiş dini kitablar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.

30.04.2011 14:33 / Просмотров: 501 / Печать
 
    В этом разделе:
     Лента новостей
    12.11.2018
    10.11.2018
    8.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo