Ölkəyə narkotik maddə keçirmək istəyənlər saxlanıldı

Samir Soltanov/AZADİNFORM. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Yusra Əliyevanın üzərində şəxsi yoxlama nəticəsində ondan 1 ədəd bağlamada, ümumi xalis çəkisi 127,760 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. 

Azadinform xəbər verir ki, Biləsuvar Gömrükİdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Rostamnejadlankan Majıd Askarının üzərində şəxsi yoxlama zamanı ondan 8 ədəd bükümdə, cəmi 38 ədəd metadon adlı həb aşkar edilərək götürülüb. 

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 38 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,52 qram təşkil edir. 

Hər iki faktla bağlı təhqiqat aparılır.

7.01.2016 14:15 / Просмотров: 255 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.05.2019
    17.05.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo