Baş Prokurorluq Sumqayıt Apellyasiya Məhkəməsinin hökmündən protest verib

Təqsirləndirilən şəxslər ittihama görə, seksual xarakterli zorakılıq hərəkətlərini Abşeron rayonu ərazisində törədiblər

 

Baş Prokurorluğun mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, yetkinlik yaşına çatmayan 4 nəfər Abşeron rayon sakininin Cinayət Məcəlləsinin 150 (seksual xarakterli zorakılıq hərəkətləri) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir şəxs 6 il 6 ay, digərlərinin hər biri isə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

 

 

Müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2015-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Cinayət Məcəlləsinin 150-ci maddəsinə dair hissəsi ləğv edilərək həmin hissədə təqsirləndirilən şəxslərə bəraət verilib, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə bir məhkumun üzərində 5 il 6 ay, digərlərinin üzərlərində isə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

 

Qeyd edək ki, dekabrın 23-də Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda 9-cu sinif şagirdi olan qıza qarşı seksual xarakterli hərəkətlər etmiş şəxslər barəsində olan cinayət işinə baxılıb.

 

Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən  Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyev barəsində bəraət hökm çıxarılıb.

 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Təqsirləndirilən şəxslərin barəsində başqa yerə getməmək barədə verilmiş qəti imkan tədbiri ləğv edilib və onlar məhkəmə zalında həbs ediliblər.

 

Təqsirləndirilən şəxslər ittihama görə, seksual xarakterli zorakılıq hərəkətlərini Abşeron rayonu ərazisində törədiblər. Orta məktəbin yuxarı sinfində oxuyan 4 nəfər eyni məktəbdə oxuyan Nərgizi (ad şərti verilib) zorlayıblar və bu əməllərini videokamera ilə lentə alıblar. Bundan sonra həmin şəxslər videokadrlar vasitəsi ilə qıza qarşı hədə-qorxu gəliblər və onu şantaj ediblər.


24.12.2015 18:09 / Просмотров: 280 / Печать
 
    В этом разделе:
     Лента новостей
    18.03.2019
    15.03.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo