Nardaranda əməliyyat zamanı 2 nəfər ölüb- YENİLƏNİB

Nardaranda baş vermiş silahlı insident nəticəsində ölən və yaralananlar Sabunçu rayon 3 nömrəli Şəhər Klinik Xəstəxanasına gətirliblər.

Azadinform xəbər verir ki, bu gün günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində özünü “Müsəlman birliyi hərəkatı” adlandıran təşkilatın rəhbəri Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.

Xəstəxanaya çatdırılarkən həlak olan şəxslər polis əməkdaşıdır. Məlumata görə, hadisə nəticəsində daha bir neçə polis əməkdaşı yaralanıb. Bildirilir ki, əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib. Keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.


Yaralılar Bakının 3 nömrəli Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən ATV.az-a məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər. Xəstəxanadan onu da bildiriblər ki, gətirilən 5 nəfərdən 2-si artıq ölüb, 3 nəfər ağır vəziyyətdə reanimasiyadadırlar. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov açıqlamasında bildirib ki, qeyd edilənlərlə bağlı nazirlik tərəfindən müvafiq araşdırmalar aparılır. İctimaiyyətə məlumat veriləcək.

Son məlumata görə, 
T.Bağırzadə saxlanılıb.


26.11.2015 15:42 / Просмотров: 436 / Печать
 
    В этом разделе:
     Лента новостей
    19.03.2019
    18.03.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo